Ötən mövsümün ən yaxşı qadın futbolçusu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada spaniya "Barselona"sının yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb. Qalibin adı Türkiyənin İstanbul şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.
O, səsvermədə İngiltərə "Arsenal"ının hücumçusu Bet Midi və Almaniya "Volfsburq"unun forvardı Lena Oberdorfı qabaqlayıb.
Qeyd edək ki, ötən mövsümün ən yaxşı futbolçusu İngiltərənin "Çelsi" klubundan Jorjinyo seçilmişdi.