Türkiyənin "Fənərbağça" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi tviter səhifəsinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi Stiven Kokerlə vidalaşıb.
31 yaşlı əslən Sierra Leonedən olan müdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Qeyd edək ki, Stiven Koker 2021-ci ilin yayında "Fənərbağça"ya keçib. Klub daha əvvəl almaniyalı Maks Meyerlə də yollarını ayırıb.