
İspaniya "Barselona"sından İngiltərənin "Çelsi" komandasına keçib.
Sportnet.az Kataloniya klubu rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı qabonlu hücumçu ilə 2 illik müqavilə imzalanıb.
"Zadəganlar" təcrübəli forvard üçün 12 milyon avro ödəyib. O, ötən mövsüm “Barsa”nın heyətində 23 oyunda 13 qol vurub.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 6 ay sonra İngiltərə Premyer Liqasına qayıdıb. O, 2018-ci ildən 2022-ci ilin yanvarına qədər "Arsenal"da çıxış edib.