"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya İtaliya A Seriyasında komandasının əsas heyətindəki ilk 4 oyununda məhsuldarlıq rekorduna imza atıb.
Sportnet.az-ın "Opta Sport"a istinadən məlumatına görə, gürcüstanlı yarımmüdafiəçi Neapol klubunda qol+ ötürmə sayında rekordçuya çevrilib. 5 xala malik 21 yaşlı oyunçu 4 qol və 1 məhsuldar ötürmə müəllifidir. Statistika 2007/2008 mövsümündən aparılır.
Qeyd edək ki, Xviça Kvaratsxeliya Azərbaycan millisinin sabiq futbolçusu Badri Kxaratsxeliyanın oğludur. O, A Seriyasında V turun "Latsio" ilə səfər matçında komandasının qələbə topunu vurub - 2:1.