"Stadion məsələsi klubumuzun ən yaralı yerlərindən biridir".
Sportnet.az-ın Qərb bürosunun məlumatına görə, bunu "Kəpəz" klubunun yeni formalaşmış İdarə Heyətinin sədri İlqar Nadiri jurnalistlərə açıqlamasında bildirib.
O, klubun Azərbaycan Premyer Liqasının ev oyunlarını Qəbələdə keçirməsindən danışıb. Nadirinin sözlərinə görə, "Kəpəz"in stadionunun təmiri üçün müvafiq qurumlara müraciət ediləcək:
"İdarə Heyətinin iclası zamanı da biz bu məsələni qaldırdıq. İstəyirik ki, bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət edək. İdarə Heyəti də bu prosesdə bizə yaxından kömək etməyə çalışır. İnanırıq ki, bu məsələ tezliklə həll olunacaq".