İngiltərənin "Çelsi" klubu futbolçusu Ris Ceymslə müqavilənin müddətini uzadıb.
Sportnet.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, "zadəganlar"ın yetirməsi olan Ris Ceyms İngiltərə millisinin də formasını geyinir.