“Neftçi” klubunun futbolçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.
Sportnet.az-ın "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı hücumçu Qazaxıstan və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırılıb. Qarşılaşmalar sentyabrın 22-də və sentyabrın 25-də olacaq.
Qeyd edək ki, Yeqor Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.