İtaliya "Bolonya"sının baş məşqçisi Sinişa Mixayloviç istefaya göndərilib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, serbiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Buna komandanın yeni mövsümə uğursuz başlaması səbəb olub. "Bolonya" 5 turdan sonra 3 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Qeyd edək ki, onkoloji xəstəlikdən (leykemiya) əziyyət çəkən 53 yaşlı baş məşqçi 2019-cu ildən İtaliya klubuna rəhbərlik edirdi.