Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin (EBSL-2022) ikinci raundunda Ukrayna yığması ilə qarşılaşacaq.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 8-də İtaliyanın Kalyari şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.
İkinci seçmə mərhələnin son oyunundan sonra milli komanda Superfinalda mübarizəyə başlayacaq. Sentyabrın 9-da keçiriləcək püşkatma ilə Superfinaldakı rəqiblər məlum olacaq.