Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunun ən yaxşı qol müəllifi seçilib.
Sportnet.az xəbər verir ki, 24 yaşlı hücumçu UEFA-nın saytında yerləşdirilən sorğunun qalibi olub.
Səsvermədə Portuqaliya "Benfika"sının müdafiəçisi Alexandro Qrimaldo, Almaniya "Bavariya"sının vingeri Leroy Sane və İspaniya "Barselona"sının xavbeki Ferran Torres də də iştirak edib.
Qeyd edək ki, Kilian Mbappenin PSJ – "Yuventus" (2:1) oyununda dubl müəllifi olub. Hücumçu bu qolu 5-ci dəqiqədə rəqib qapısından keçirib.
Goal of the Week! ⚽️ A, B, C or D? ????#UCLGOTW | @Heineken | #UCL
— UEFA Champions League (@ChampionsLeague) September 7, 2022