Fransada "Nitsa" və Almaniyanın "Köln" komandaları arasında UEFA Konfrans Liqasının D qrupunun ilk tur oyunu nəzərdə tutulan vaxtdan gec başlayıb.
Sportnet.az-ın məlumatına görə, buna matçdan öncə iki klubun azarkeşləri arasında baş vermiş kütləvi dava səbəb olub. Nəticədə görüş 55 dəqiqə gec start götürüb.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada hesab açılmayıb.