"Serhat Ardahanspor" və "Kars 36" komandaları arasında Türkiyə Kubokunun I tur oyununda insident baş verib.
Sportnet.az-ın məlumatına görə, 52-ci dəqiqədə futbolçular arasında dava düşüb.
Meydan sahiblərindən Erhan Çınar münaqişə vaxtı rəqibi itələdiyi üçün ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 23 yaşlı yarımmüdafiəçi daha sonra yerə yıxılan oyunçunu təpiklə vurub.
Futbolçuları çətinliklə sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, "Kars 36" komandası hazırda 4:1 hesabı ilə öndədir.
Türkiye Kupası'nda Serhat Ardahanspor ile Kars 36 arasında oynanan maçta gerginlik yaşandı.
— FutbolArena (@futbolarena) September 13, 2022
Serhat Ardahansporlu futbolcu, rakibine tekme ve dirsek atınca kırmızı kartla oyun dışında kaldı.pic.twitter.com/H09n16i87y