"Bizi xoşagəlməz rəqiblər gözləyir".
Sportnet.az-ın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Laslo Beneş Azərbaycan və Belarus komandalarına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının oyunları ilə bağlı danışarkən deyib.
25 yaşlı yarımmüdafiəçi hər iki görüşdə qələbə qazanmaq istədiklərini bildirib: "Bunun öhdəsindən gəlmək üçün yaxşı hazırlaşmalıyıq. Bizim yüksək səviyyəli oyunçularımız var. Hansı nəticələrin qeydə alındığını birlikdə görəcəyik".
Qeyd edək ki, Slovakiya seçməsi sentyabrın 22-də Azərbaycan millisini, 3 gün sonra isə Belarus kollektivini qəbul edəcək.