"Düşünürəm ki, Belarusla matçdan sonra 2-ci qələbəni qazanmaq çox vacib idi".
Sportnet.az-ın məlumatına görə, bunu futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda "CBC Sport"a açıqlamasında deyib.
İtaliyalı mütəxəssis komandasından razı qaldığını bildirib: "İnamlı oynayıb, Bakıya yaxşı nəticə ilə qayıtdıq".
66 yaşlı baş məşqçi "Dalğa Arena"da Qazaxıstanla oynayacaqları qrupun son matçına da toxunub: "Qarşıdakı oyun üçün ilk növbədə bərpa olunmalıyıq. Bundan sonra kimlərin oynayacağına qərar verəcəyik".
Qeyd edək ki, sentyabrın 25-də keçiriləcək Azərbaycan - Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.