19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşıb. Bolqarıstanın Albena şəhərində oynanılan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Miloş Velebitin baş məşqçi olduğu kollektivdən yeganə qolu 44-cü dəqiqədə penaltidən Nəriman Axundzadə vurub. 50-ci dəqiqədə Qurban Səfərov qırmızı vərəqə ilə meydandan qovulub.
Bu qələbədən sonra xallarını 4-ə çatdıran Türkiyə yığması liderliyə yüksəlib. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.
----------------------------------------
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, 2-ci qrupda yer alan yığma Türkiyə seçməsi ilə qarşılaşacaq.
Bolqarıstanın Albena şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 14:00-dabaşlayacaq.
24 sentyabr
14:00. Türkiyə - Azərbaycan - 5:1
Qollar: Ayberk Karapo, 8. Hamza Akman, 10; 83. Burak İnce, 28 (penalti)
Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)
Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)
Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.