Türkiyənin "Fənərbağça" komandasının futbolçusu Joau Pedronu canlı yayımda arı sancıb.
Sportnet.az-ın "CNN Türk"ə istinadən məlumatına görə, hadisə braziliyalı yarımmüdafiəçi məşq zamanı jurnalistlərin suallarını cavablandırarkən baş verib.
30 yaşlı oyunçu onu narahat edən həşəratı əli ilə tutub. Nəticədə arı vingeri sancıb.