ABŞ-ın "Real Solt Leyk" və Meksikanın "Atlas" komandaları arasındakı yoldaşlıq görüşündə möhtəşəm qol vurulub.
Sportnet.az-ın məlumatına görə, "Real Solt Leyk"in müdafiəçisi Aaron Errera 17-ci dəqiqədə meydanın özlərinə aid hissəsindən dəqiq zərbə endirib. 65 metr məsafədən havalanan top qeyri-adi trayektoriya ilə qapıçının üstündən tora daxil olub.
Qeyd edək ki, bu qola baxmayaraq, görüş "Atlas"ın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.