
İtaliya "Bolonya"sının futbolçusu Marko Arnautoviç Avstriya yığmasında oyun sayında rekordçuya çevrilib.
Sportnet.az-ın "Opta Sport" analitik portalına istinadən məlumatına görə, 33 yaşlı hücumçunun aktivində milli komandada 104 matç var.
Tarixi göstəriciyə Xorvatiya ilə UEFA Millətlər Liqasının VI tur matçında çatmaq mümkün olub. Qrupdakı əvvəlki 5 qarşılaşmada o, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Əvvəlki rekordçu 103 görüşlə Andreas Hertsoq idi.
Qeyd edək ki, Marko Arnautoviç bu mövsüm A Seriyasındakı 7 matçında 6 dəfə fərqlənib. Yayda onunla İngiltərə "Mançester Yunayted"i maraqlanırdı. Lakin bütün şayiələrə rəğmən, Arnautoviç İtaliyada qalıb.