UEFA prezidenti Aleksander Çeferin İndoneziyada futbol matçı zamanı baş verən hadisələrə münasibət bildirib.
Sportnet.az xəbər verir ki, sloveniyalı funksioner faciədən kədərləndiyini və zərərçəkənlərlə həmrəy olduğunu söyləyib.
O, Avropa futbolunun bu olaydan dərin sarsıntı keçirdiyini vurğulayıb.
Qeyd edək ki, oktyabrın 2-də İndoneziyanın Malanq şəhərində keçirilən oyunda uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadəsi nəticəsində baş verən qarışıqlıqlarda 174 nəfər ölüb. Eyni zamanda iğtişaşlarda 100-dən çox insan yaralanıb.