
Fransada "Marsel" və Portuqaliya "Sportinq"i arasında keçirilən UEFA Çempionlar Liqasının D qrupunun III tur oyununun startı gecikib.
Sportnet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna qonaq komandanın şəhərdəki tıxac üzündən stadiona vaxtında çata bilməməsi səbəb olub.
Nəticədə görüş nəzərdə tutulan vaxtdan 22 dəqiqə gec başlayıb.
Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və "Sportinq" hesabda öndədir - 1:0.