
"Kəpəz" klubu yeni futbolçu transferini gerçəkləşdirib.
Sportnet.az Gəncə təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, xorvatiyalı qapıçı Mario Mustapiçlə müqavilə imzalanıb.
23 yaşlı oyunçu mövsümün sonunadək "Kəpəz"də çıxış edəcək.
Mustapiç son olaraq ölkəsində "Rudes"in formasını geyinib.