Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının əsas seçmə mərhələsində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda VI qrupdakı ilk matçında Polşanı qəbul edib.
Bakı İdman Sarayındakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Azərbaycan yığmasının qollarından ikisini Rafael Vilela, digərlərini Xətai Bağırov və Bolinya vurub. Növbəti görüş oktyabrın 11-də səfərdə Yunanıstana qarşı olacaq.
Polşa seçməsi isə ilk oyununda Yunanıstana qalib gəlib - 3:0.
Dünya çempionatı, seçmə mərhələ
7 oktyabr
20:00. Azərbaycan - Polşa - 4:3
Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27
Azərbaycan: 1. Emin Kürdov (K), 5.Fineo De Araujo, 9.Rafael Vilela, 13.Qallo, 14. Amadeu
Ehtiyat oyunçular: 12. Rövşən Hüseynli, 19. Cavad Məmmədov, 3. Bolinya, 4. Fərid Ələkbərov, 6. Oktay Rüstəmli, 7. Hadi Ahmadi, 8. İsa Atayev, 10. Xətai Bağırov, 20. Amir Şojayi
Baş məşqçi: Joze Alesio Da Silva
Polşa: 1. Mixal Kaluza, 7. Mikolay Zastavnik, 8. Kamil Surmyak, 11. Matyuş Mrovyek, 13. Tomas Kryezel (K)
Ehtiyat oyunçular: 12. Bartolomey Navrat, 5. Kasper Sendlevski, 10. Sebastyan Lesçak, 15. Pavel Kanevski, 16. Kamil Roll, 17. Mixal Klaus, 19. Raymund Şetsla
Baş məşqçi: Blazey Korjinski
Baş hakim: Aslan Qalayev (Qazaxıstan)
Bakı İdman Sarayı.