İsveçrə "Sürix"inin yeni baş məşqçisi bəlli olub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Bo Henriksenə tapşırılıb. Danimarkalı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
47 yaşlı baş məşqçi bu vəzifədə ötən ay istefaya göndərilən Franko Fodanı əvəzləyib.
Qeyd edək ki, "Qarabağ" cari mövsüm UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində iki oyunun nəticəsinə əsasən "Sürix"i mübarizədən kənarlaşdırıb - 3:2;2:2