Şotlandiyada "Seltik" və Almaniya "Leyptsiq"i qarasında keçiriləcək UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Sportnet.az Qlazqo təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, matçdan əvvəl İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin xatirəsi yad ediləcək.
Oktyabrın 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, oktyabrın 9-da baş vermiş partlayışda 10 nəfər ölüb, 8 nəfər xəsarət alıb.