
“Qarabağ” klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovun yeni iş yeri müəyyənləşib.
Sportnet.az xəbər verir ki, sabiq futbol funksioneri yenidən idman sahəsi üzrə çalışacaq. Onun rəhbəri olduğu “Can Sports” idman turizmi və konsaltinq şirkəti artıq fəaliyyətə başlayıb. Şirkət peşəkar klubların üzvlərinin Azərbaycanda qarşılanması, yerləşdirilməsi, eləcə də xaricə səfərlərin, idman tədbirlərinin təşkilati işlərini həyata keçirəcək.
Şirkətin İnstaqram hesabını buradan izləyə bilərsiniz.
Qeyd edək ki, UEFA Nurlan İbrahimovu Vətən müharibəsi zamanı ermənilərlə bağlı feysbukda yazdığı statatusa görə futboldan ömürlük kənarlaşdırılıb. İdman Arbitraj Məhkəməsi (CAS) isə həmin qərarı qüvvədə saxlayıb.