UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV tur oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada "Tottenhem"in futbolçusu Son Hın Minin İngiltərədə Almaniyanın "Ayntraxt" (Frankurt) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.
30 yaşlı yarımmüdafiəçi 36-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb.
Qeyd edək ki, qarşılaşma "Tottenhem"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.