İspaniya "Barselona"sı "Real Madrid"ə qarşı keçirəcəyi La Liqanın IX tur oyununa kanadalı tanınmış reper Dreykin loqosunun yer aldığı forma ilə çıxacaq.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin "Spotify" internet musiqi xidməti ilə tərəfdaşlığı çərçivəsində baş tutacaq.
Klub ilk dəfə geyim dəstində öz loqosunu başqası ilə əvəz edəcək.
Anlaşmaya əsasən, formanın ön hissəsindəki bu dəyişiklik mövsümün gedişində daha tez-tez olacaq.
Qeyd edək ki, "Barselona" və "Real Madrid" arasında El-Klasiko oktyabrın 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.