
Almaniyanın "Borussiya" (Dortmund) və "Bavariya", eləcə də İspaniya "Barselona" klublarının yarımmüdafiəçiləri Cud Bellingem, Camal Musiala və Qavi "Golden Boy" mükafatına əsas namizədlərdir.
Sportnet.az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, hər iki futbolçu son 20 iddiaçı siyahısına düşüb. Bellingem, Musiala və Qavi isə səsvermədə liderdirlər.
"Golden Boy" mükafatını hər il "Tuttospor" Avropada ən yaxşı futbolçuya təqdim edir. İştirakçılar siyahısına qitə ölkələrinin çempionatlarında çıxış edən 21 yaşadək futbolçular buraxılırlar. Mükafatın ilk sahibi 2003-cü ildə Rafael van der Vaart ("Ayaks", Niderland) olub. Pedri ("Barselona", İspaniya) isə son qalibdir.
Bundan başqa Erlinq Holan (2020), Kilian Mbappe (2017), Serxio Aqüero (2007) və Lionel Messi (2005) kimi futbolçular da laureatlar sırasında yer alıblar.