UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda Yunanıstan "Olimpiakos"u ilə ev oyunu zamanı zədələnmiş "Qarabağ"ın futbolçusu Kadi Borges tibbi müayinədən keçib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, 26 yaşlı yarımmüdafiəçinin ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalı oyunçunun zədəsinin çox da ciddi olmadığı müəyyənləşib.
Kadi 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq. O, Misli Premyer Liqasında X turun "Sumqayıt"la ev matçını buraxacaq. Bununla belə, Kadinin Premyer Liqada XI turun "Turan Tovuz"la ev, Avropa Liqasının qrup mərhələsində V turun "Nant"la Fransadakı görüşündə iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, "Sumqayıt"la oyun oktyabrın 16-da, "Nant"la qarşılaşma oktyabrın 27-də olacaq.