1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ayxan Abbasov: "Səhvlərdən nəticə çıxacağıq"
“Çətin oyun oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Səbail" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri Misli Premyer Liqasının X tur matçından sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis oyunu iki hissəyə bölüb: Birinci hissədə futbolçularım yaxşı oynadılar, ikinci hissədə isə vuruşdular. Belə şeylər olur. Yeni komandayıq. 90 dəqiqə oynamaq üçün vaxt lazımdır. İşləyəcəyik və səhvlərdən nəticə çıxacağıq".
Abbasov hər bir xalın komandası üçün önəmindən bəhs edib: "Bu gün bəlkə də 6 xallıq oyun idi. Qalib gəlsəydik, rəqibi 6 xal qabaqlamaq şansımız var idi. Hər iki komanda mübarizə apardı".
Sonda baş məşqçi azarkeşlərə təşəkkürünü bildirib: "Sonadək komandamızı dəstəklədilər. Onların dəstəyinə ehtiyacımız var”.