Fransa Liqa 1-də XI turun mərkəzi görüşü PSJ və "Marsel" komandaları arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Parisdəki "Park de Prens" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə topu 45+1-ci dəqiqədə Kilian Mbappenin ötürməsindən sonra Neymar vurub. Komandanın daha bir ulduz futbolçusu Lionel Messi isə 79-cu dəqiqəyədək meydanda olub.
Qonaq komanda 72-ci dəqiqədə Samuel Jiqonun qırmızı vərəqə alması üzündən oyunu azlıqda başa vurub.
Bu qələbə sayəsində PSJ 29 xalla liderliyini möhkəmləndirib. "Marsel" isə 23 xalla 4-cü pillədə yer alıb.