Peşəkar Futbol Liqası (PFL) Beynəlxalq Kulinariya Günü ilə bağlı videosüjet hazırlayıb.
Sportnet.az məlumatına görə, Premyer Liqada çıxış edən bəzi legioner oyunçular bəyəndikləri yeməkləri açıqlayıblar.
Onların əksəriyyəti Azərbaycanda kababı xoşladıqlarını söyləyib.
Bundan əlavə, xarici futbolçular öz ölkələrində sevdikləri yeməklərdən də bəhs ediblər.