"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Bədavi Hüseynov zədələnib.
Sportnet.az-ın məlumatına görə, 31 yaşı müdafiəçi "Turan Tovuz"a qarşı Azərbaycan Premyer Liqasının XI tur oyununda xəsarət alıb.
38-ci dəqiqədə onun yerinə meydana Kevin Medina daxil olub.
Qeyd edək ki, "Qarabağ" 1:0 hesabı ilə öndədir.