Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə oyunda zədələnən "Sabah"ın futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.
Paytaxt təmsilçisindən Sportnet.az verilən məlumata görə, MRT müayinəsinin nəticəsinə əsasən, 22 yaşlı oyunçuda hər hansı qırıq aşkarlanmayıb.
Hazırda ukraynalı oyunçunun müalicəsi davam etdirilir. Kaşukun növbəti qarşılaşmaya kimi hazır olub-olmayacağı hələlik bəlli deyil.
Qeyd edək ki, "Sabah" səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib. Aleksey Kaşuk zədələndiyi üçün 77-ci dəqiqədə yerini İldar Alekperova verib.