
Azərbaycan Premyer Liqa təmsilçisi “Sabah” baş məşqçisi ilə yeni müqavilə imzalayıb.
Klubdan Sportnet.az-a verilən məlumata görə, Murad Musayevlə yeni anlaşma əldə olunub.
Razılaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin may ayına kimi uzadılıb.
Qeyd edək ki, Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir.