
"Evdə qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirdik. Fanatlarımıza təşəkkürümü bildirirəm. Həqiqətən oyunun krtitik anında möhtəşəm dəstəklə futbolçuları ruhlandırdılar. Belə oyunlarda ən böyük üstünlüyümüz onlardır".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XII tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis rəqibin "Zirə"yə qarşı matçda çox yaxşı təsir bağışladığını bildirib: "Bizi ağır oyun gözlədiyini bilirdik. Bəlkə də istədiyimiz sürət olmadı, amma mübarizə apardıq.Komandalar hər qarış üçün mübarizə apardı. Sevinirəm ki, epizod vermədik. Çətinliklərimiz oldu".
O, Xəyal Nəcəfovla və Eltun Turabovun xəstə halda oynadığını söyləyib: "Onlara xüsusi təşəkkürümü bildirirəm ki, belə çətin oyunda komandaya kömək etdilər. Ehtiyat qüvvəmiz də çox deyil. Natan Oduvanın zədələnməsi, Ehtiram Şahverdiyevın, Ben Aziz Daonun olmaması çətinlik yaradır. Hər xal bizim üçün vacibdir. Bu gün görüş heç-heçə də bitə bilərdi. Bu da bizi qane edərdi. Çünki bizdən aşağı pillədə qərarlaşan komandalara məğlub olmamalıyıq. Çətinliklərimiz olsa da xarakter göstərməklə, komanda şəklində bu çətinliklərin öhtəsindən gələ bilərik. Hər kəsi təbrik edirəm, qarşıdakı oyunlara hazırlaşacağıq".