UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda azərbaycanlı FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi "Kopenhagen" (Danimarka) - "Borussiya" (Dortmund, Almaniya) matçı üçün növbəti təyinatlar bəlli olub.
Sportnet.az-ın məlumatına görə, görüşün VAR hakimi polşalı Tomaş Kviatkovski, onun köməkçisi Bartoş Frankovski olacaq.
Sloveniyalı Vladimir Şayn hakim-inspektor, şotlandiyalı Cerri O Haqan UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, VAR hakiminin köməkçisi Bartoş Frankovski 2021/2022 mövsümündə "Qarabağ"ın Fransa "Marsel"inə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu idarə edib. "Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov İbrahima Vadjinin əllə oynamasından sonra hadisəyə reaksiya verərək feyr-pley nümunəsi göstərib və qolu ləğv etdirib.