Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib.
Sportnet.az-ın məlumata görə, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və Almaniyanın "Borussiya" (Dortmund) komandaları arasında keçirilən VI tur matçında ədaləti qoruyub.
Ağayev 1:1 hesblı heç-heçə ilə başa çatan görüşdə 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.
Qollara gəlincə, hesabı 23-cü dəqiqədə Dortmunda təmsilçisindən Torqan Azar açıb. Haukon-Arnar Haraldsson isə 41-ci dəqiqədə tarazlığı bərpa edib.
Qeyd edək ki, bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.