"Danışası çox şey yoxdur. Yaxşı oynamadıq. “Şamaxı” layiqli qələbə qazandı. Onları təbrik edirəm. Gələcək oyunlara hazırlaşacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Sumqayıt" klubunun məşqçisi Mübariz Orucov Şamaxıda eyniadlı komandaya 2:4 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XIV turunun açılış oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, azarkeşlər həmişə qələbə istəyir: "zümüz də qalib gəlmək istəyirik. Təəssüf ki, bu gün alınmadı. Azarkeşləri başa düşmək olar. Biz də komandanı düzəltmək istəyirik. Qələbələr olmalıdır".
O, matçın çətin keçəcəyini gözlədiklərini söyləyib: "Şamaxı” pis komanda deyil. Gənc və təcrübəlilərdən formalaşdırılıb. Burada onlarla hamı çətinlik çəkir. İstəkli komandadır. Bizə gəlincə, “Neftçi” ilə matçda daha istəkli idik. Bu gün isə “Şamaxı” daha istəkli oldu. “Neftçi” ilə matçda da 4-5 xəstə oyunçumuz var idi. Hələ də tam bərpa olmamışdılar".
Orucovun sözlərinə görə, müdafiədəki səhvlər diqqətsizlikdən qaynaqlanır: "Fərdi səhvlərdən qollar buraxırıq. Həm hücum, həm də müdafiədə xeyli problemlərimiz var. İdmançı xarakter göstərməlidir”.