Fransa PSJ-sinin futbolçusu Lionel Messi İngiltərənin "Mançester Siti" komandasına rəhbərlik edən Xosep Qvardiolanın futbola çox “zərər” verdiyini söyləyib.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu bu barədə “Universo Valdano” verilişində deyib.
35 yaşlı forvardın sözlərinə görə, bir vaxtlar hamı Qvardiolanı təkrarlamaq istəyirdi, çünki onun etdikləri sadə görünürdü: “Belə anlarda siz bizim nə etdiyimizi başa düşürsünüz. Şübhəsiz ki, Qvardiolanın matçları izləməsində, oyunlara hazırlaşmasında və ideyalarını sizə çatdırmasında xüsusi bir şey var”.
Qeyd edək ki, Lione Messi "Barselona"da 2008 - 2012-ci illərdə Xosep Qvardiolanın rəhbərliyi altında çıxış edib.