İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün birgə ərizəni rəsmən təqdim ediblər.
Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, yarış üçün seçkilər 2023-cü ilin sentyabrında gerçəkləşəcək.
Bu beş ölkənin şüarı belə olacaq: "Futbol hamı üçün, futbol yaxşılıq üçün, futbol gələcək üçün".
Qeyd edək ki, Türkiyə də AVRO-2028-ə ev sahibliyi etmək niyyətindədir. UEFA İcraiyyə Komitəsi Rusiya Futbol İttifaqının müvafiq müraciətini isə ləğv edib.