Şahmat üzrə Azərbaycan millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun sonuncu - V turunda İsraillə üz-üzə gələcək.
Azərbaycan komandası hazırda 5 xalla B qrupunun 2-ci pilləsində qərarlaşıb, ev sahibi isə 4 xalla 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.