Qətərdə keçirilən dünya çempionatının F qrupunun III turunda üz-üzə gələcək Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub.
Sportnet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-liklər"lə çıxacaqlar:
Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya, Andrey Kramariç
Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens, Toma Mönye
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.