Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2022-ci ilin ilk 11 ayı ərzində ən çox qol vuran oyunçuları açıqlayıb.
"Report" IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Fransa yığmasının və PSJ klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb.
24 yaşlı futbolçu il ərzində bütün yarışlarda 50 qola imza atıb. Mbappenin Fransa yığmasının heyətində dünya çempionatında çıxış etdiyini nəzərə alsaq, onun son ayda liderliyi əldən verməsi inandırıcı görünmür.
Çünki 2-3-cü yerlərdə qərarlaşan Berqson və German Kano üçün 2022-ci il bitib.