“Sabah”ın futbolçusu Kristian Sebalyos Premyer Liqanın XVI turunda “Şamaxı” ilə oyunda qırmızı vərəqə alıb.
Sportnet.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi matçın 25-ci dəqiqəsində rəqibin futbolçusu Kamran Quliyevin sifətinə zərbə vurduğu üçün meydandan qovulub.
Qeyd edək ki, “Sabah” 10 nəfərlə qaldığı görüşdə 1:0 hesabı ilə öndədir.