Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev “Səbail”də 100-cü çempionat oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XVI turuna təsadüf edib.
“Qəbələ”yə 1:2 hesabı ilə uduzduqları qarşılaşma onun üçün 100-cü matçla əlamətdar olub.
Əmirquliyev Bakı təmsilçisində 5-ci mövsümünü keçirir. O, bu müddətdə 1 qol vurub.
Oyunçunun debütü də “Qəbələ”yə qarşı səfərdəki matçda gerçəkləşib. Yarımmüdafiəçi 2018-ci il avqustun 12-dəki görüşdə (0:3) meydana çıxıb.
Qeyd edək ki, Rahid Əmirquliyev “Səbail”in heyətində Premyer Liqada 100 oyuna çıxan ilk futbolçudur.