
Qətər futbol üzrə dünya çempionatından sonra daha bir nüfuzlu yarışa ev sahibliyi etmək istəyir.
Sportnet.az "Reuters"ə istinadən xəbər verir ki, ölkə 2036-cı ildəki Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək niyyətindədir.
Qətər rəsmilərinin olimpiadanı da Dohaya gətirməkdə qərarlı olduqları bildirilir.
Qeyd edək ki, DÇ-2022 dekabrın 18-də başa çatacaq.