Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu yeni dünya rekorduna imza atıb.
Sportnet.az-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən məlumatına görə, 37 yaşlı hücumçu 400 beynəlxalq matça çıxan ilk oyunçu kimi tarixə düşüb.
Qətərdə baş tutan dünya çempionatının 1/8 final mərhələsində İsveçrə ilə görüş (6:1) onun beynəlxalq arenada 400-cü qarşılaşması olub. Ronaldu bunun 195-ni millidə, 205-ni isə klubların heyətində avrokuboklarda keçirib. Ulduz futbolçu Çempionlar Liqasında 187, Avropa Liqasında və klublararası dünya çempionatının hərəsində 8, UEFA Superkubokunda isə 2 görüşdə iştirak edib.
Ümumilikdə 9 futbolçu 300-dən çox beynəlxalq oyun iştirakçısı olub ki, onlardan 5-i hazırda karyerasını davam etdirir.
| 
 Futbolçu  | 
 Millisi  | 
 Oynadığı dönəm  | 
 Klubda  | 
 Millidə  | 
 Total  | 
|
| 
 1  | 
 Kriştianu Ronaldu  | 
 Portuqaliya  | 
 2002-  | 
 205  | 
 195  | 
 400  | 
| 
 2  | 
 İker Kasilyas  | 
 İspaniya  | 
 1999-2019  | 
 193  | 
 167  | 
 360  | 
| 
 3  | 
 Canluici Buffon  | 
 İtaliya  | 
 1995-  | 
 167  | 
 176  | 
 343  | 
| 
 4  | 
 Lionel Messi  | 
 Argentina  | 
 2004-  | 
 170  | 
 169  | 
 339  | 
| 
 5  | 
 Serxio Ramos  | 
 İspaniya  | 
 2004-  | 
 151  | 
 180  | 
 331  | 
| 
 6  | 
 Xavi  | 
 İspaniya  | 
 1998-2019  | 
 195  | 
 133  | 
 328  | 
| 
 7  | 
 Luka Modriç  | 
 Xorvatiya  | 
 2003-  | 
 147  | 
 159  | 
 306  | 
| 
 8  | 
 Xavyer Zanetti  | 
 Argentina  | 
 1992-2014  | 
 162  | 
 143  | 
 305  | 
| 
 9  | 
 Paolo Maldini  | 
 İtaliya  | 
 1985-2009  | 
 175  | 
 126  | 
 301  | 









                 





    
    
    
    
    
    
    
    
    





















































