
"Qarabağ"ın futbolçusu Kadi Borqesin Rusiyanın "Krasnodar" klubu ilə danışıqlar aparır.
Sportnet.az-ın "Sport24.ru"ya istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə olunmaq üzrədir.
Kadinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına kimidir. "Transfermarkt" oyunçunun transferini 1,2 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Kadi Borqes bu mövsüm "Qarabağ"ın heyətində 31 matçda 8 qol vurub və 11 məhsuldar ötürmə edib.