Güney Azərbaycanın “Traktorsazi” futbol klubu İsfahanın “Foulad” (“Polad”) komandası ilə oyunun biletlərinin satışından əldə olunan gəliri Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Təbriz klubundan bildirilib.
Görüş fevralın 1-də yerli vaxtla saat 14.00-da Təbrizdə keçiriləcək.
Xatırladaq ki, yanvarın 28-də Güney Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 500-dən artıq yaşayı binası dağılıb, ölənlər və yaralananlar var.